AFFA avrokubok təmsilçilərimizi cərimələdi
Bizi izləyin

İdman

AFFA avrokubok təmsilçilərimizi cərimələdi

AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Nikolas Kanalesi cəzalandırıb.

Publika.az xəbər verir ki, çilili hücumçu "Sumqayıt"la matçın 45-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Paytaxt klubu futbolçunun hərəkətinə görə 2000 manat cərimə olunub. Nəticədə Kanales geridə qalan 4 turun yalnız 1-də komandasına kömək edə biləcək.

Azərbaycan Premyer Liqasının 32-ci turunda "Xəzər Lənkəran"la keçirilən matçın 60-cı dəqiqəsində "Bakı" klubunun futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və paytaxt klubu 200 manat cərimə edilib.

Eyni tur "Qəbələ" üçün də uğurlu olmayıb. "Qarabağ"la 1:1 hesabı ilə yekunlaşan ev oyununun 12-ci və 90-cı dəqiqəsində meydan sahibləri azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə əyalət təmsilçisi 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm