Boks üzrə dünya çempionu velosiped qəzasında öldü
Bizi izləyin

İdman

Boks üzrə dünya çempionu velosiped qəzasında öldü

Dünya Boks Assosiasiyası (WBA) versiyası üzrə keçmiş dünya çempionu Endryu Lyuis yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Publika.az-ın məlumatına görə, hadisə boksçunun vətəni olan Qayanada baş verib. 44 yaşlı idmançı velosiped sürərkən onu maşın vurub. Endryu Lyuis dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Endryu Lyuis boks üzrə Qayanadan olan ilk dünya çempionudur. O, 2001-ci ildə amerikalı boksçu Ceyms Peyc üzərində qazandığı qələbə sayəsində bu titulu əldə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm