Yuventus" "Real"ı məğlub etdi
Bizi izləyin

İdman

Yuventus" "Real"ı məğlub etdi

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə "Yuventus" doğma meydanda "Real"ı qəbul edib. Hesabı meydan sahibləri açıblar - 9-cu dəqiqədə Morata fərqlənib. Madridlilərin cavabı özünü çox gözlətməyib - 27-ci dəqiqədə Ronaldo hesaba tarazlıq gətirib.

58-ci dəqiqədə Tevez penalti zərbəsindən dəqiq yararlanmaqla turinliləri yenidən önə keçirib. Bu, gərgin və maraqlı keçən oyunda sonuncu qol olub - 2:1.

Qeyd edək ki, yarımfinalın digər oyunu "Barselona" və "Bavariya" klubları arasında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm