"Tour d'Azerbaidjan" veloyürüşünə start verildi
Bizi izləyin

İdman

"Tour d'Azerbaidjan" veloyürüşünə start verildi

Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş "Tour d'Azerbaidjan" veloyürüşünə start verilib.

Publika.az xəbər verir ki, Dövlət Bayrağı meydanından başlanan yürüşdə 24 ölkədən 25 komandanın 148 velosipedçisi mübarizə aparır.

Yürüşün ilk mərhələsində iştirakçılar müxtəlif ərazilərdən keçməklə Sumqayıta qədər 154 km məsafəni qət edəcəklər. Bundan başqa, Azərbaycanı yürüşdə "Synergy Baku" komandası təmsil edir.

Yürüşün I mərhələsinin finişi Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında olacaq.

Qeyd edək ki, ümumilikdə 5 mərhələdən ibarət olacaq veloyürüşə mayın 10-da - Ümummilli lider Heydər Əliyevin doğum günündə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm