İdman
Dünya çempionatında onlar iştirak edəcək
Mayın 13-də Rusiya Federasiyasında taekvondo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. Çelyabinsk şəhərində 5 gün davam edəcək mundiala kişi və qadın taekvondoçulardan ibarət milli komandamız da qatılacaq.
Publika.az xəbər verir ki, çempionatda ölkəmizi 15 idmançı təmsil edəcək. Belə ki, kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust dünya çempionatında Mikayıl Əliyev (-54 kq), Məhəmməd Məmmədov (-58 kq), Sina Bahrami (-63 kq), Ayxan Tağızadə (-68 kq), İlkin Şahbazov (-74 kq), Milad Beigi Harçeqani (-80 kq), Radik İsayev (-87 kq), Əhməd Mohammadiyə (+87 kq) şans verəcək.
Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Sun Mi Park bu mötəbər yarışda Çeren Özbək (-46 kq), Patimat Abakarova (-49 kq), Lazara Caridad Povea (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Daria Skorko (-62 kq), Fəridə Əzizova (-67 kq), Marina Tedeevanı (-73 kq) sınaqdan keçirəcək.
Nəzərinizə çatdıraq ki, komandamız mundiala Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılacaq. 7 may tarixində çempionata yollanan millimiz, 18 mayda vətənə qayıdacaqlar.
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası