UEFA və AFFA prezidentləri görüşüb
Bizi izləyin

İdman

UEFA və AFFA prezidentləri görüşüb

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb.

Publika.az xəbər verir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı UEFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə UEFA-nın baş katibinin müavini Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm