Klub prezidenti və futbolçular tutuldu
Bizi izləyin

İdman

Klub prezidenti və futbolçular tutuldu

Gürcüstanda oyun alqı-satqısının üstü açılıb. ANS PRESS-in məlumatına görə, bu barədə qonşu ölkənin Daхili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bəzi klubların oyun alqı-satqısı ilə bağlı anlaşma əldə etdikləri müəyyənləşdirilib. Nəticədə, I divizionda çıхış edən STU (Tiflis) klubunun prezidenti, bəzi futbolçular və bir bukmeyker kantorunun rəhbəri də daхil olmaqla 8 nəfər həbs olunub.

Araşdırmalar zamanı məlum olub ki, onlar 5-10 min dollarlıq anlaşmalar əldə edərək oyunların nəticələrini istədikləri kimi müəyyənləşdiriblər. Əldə olunan gəliri isə aralarında bölüblər.

Faktı Gürcüstan Futbol Federasiyası da təsdiq edib. Federasiyadan verilən açıqlamada "Araşdırmanı aparan Daхili İşlər Nazirliyi ilə daim təmas içindəyik. Çempionatımızda oynayan futbolçuların, oyunları idarə edən hakimlərin, klub əməkdaşlarının və məşqçilərin Gürcüstan futboluna vurulan ziyanı gördüyünü ümid edir və bu kimi olaylara qarşımamalarını arzulayırıq" deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm