• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Milan”a 4 qol vuran futbolçumuz yad ediləcək

  • İdman
  • 8 May 2015 11:19
  • 360 Baxış
“Milan”a 4 qol vuran futbolçumuz yad ediləcək

Mayın 8-də Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, görkəmli idman xadimi, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, professor Ələkbər Məmmədovun 85 illik yubileyi münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə tədbiri keçiriləcək.

Publika.az xəbər verir ki, AFFA-nın əməkdaşları, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri Ələkbər Məmmədovun məzarını ziyarət edəcək, sonra isə Bayıl stadionunda yoldaşlıq oyunu təşkil olunacaq. “Neftçi” klubunun veteranlarından ibarət komanda ilə Azərbaycan milli yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komanda arasında keçiriləcək yoldaşlıq oyunu saaat 12:00-da başlayacaq.

Təxminən 50 ilə yaxın Azərbaycan futboluna xidmət edən Ələkbər Məmmədov Bakının "Neftçi" (1948-1953, 1960-1962), Moskvanın "Dinamo" (1954-1959) komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirən mərhum futbolçu 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olan Məmmədov beynəlxalq oyunlarda da iştirak edib. Onunla bağlı ən yaddaqalan məqam isə 1955-ci il sentyabrın 4-də İtaliyanın "Milan" komandasının qapısına 4 qol vuraraq bunu edən ilk və hələ ki, yeganə azərbaycanlı kimi tarixə düşməsidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR