Balaca idmançımızdan növbəti dünya çempionluğu – VİDEO
Bizi izləyin

İdman

Balaca idmançımızdan növbəti dünya çempionluğu – VİDEO

İtaliyanın Verona şəhərində fri-fayt döyüş növü üzrə dünya çempionatı keçirilib. Çempionatda bir çox idmançılar iştirak edib. Həmçinin dəfələrlə dünya çempionlarımız - “Kobra” ləqəbli idmançımız Pərviz Abdullayev, Anar Süleymanov və Emin Süleymanov da həmin çempionatda iştirak etmişdi.

Diqqətçəkən məqamlardan biri də turnirin ən azyaşlı idmançısı Saday Qasımzadə olub.

Publika.az xəbər verir ki, dünya çempionu, dünya kubokunun sahibi 8 yaşlı Saday növbəti zəfərini qazanıb. Saday Qasımzadə full-kontakt növü üzrə dünya çempionu olub.

Sadayın finaldakı rəqibi döyüşə ev sahibliyi edən ölkənin təmsilçisi olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm