"Fənər"lilərlə birgə oturanda "Qalatasaray"lılar əsəbiləşir"
Bizi izləyin

İdman

"Fənər"lilərlə birgə oturanda "Qalatasaray"lılar əsəbiləşir"

Türkiyəli yazar Ozan Önən "Atletiko"nun futbolçusu Arda Turanın Madriddəki evində bir həftə qonaq olub.

Bu müddətdə o, Arda ilə bir sıra mövzularda söhbət edib. Arda Turan yazarla söhbətdə ictimai-siyasi baxışlarını da açıqlayıb.

Publika.az Ardanın maraq kəsb edən fikirlərini təqdim edir:

"Madriddə yaşadığım evin sirri çox sadədir. Bu evdə hamıya - CHP-liyə, MHP-liyə, AKP-liyə də yer var. Siyasətə maraq göstərməyənə, göstərənə də, kürdə, laza, içki içənə, gündə beş dəfə namaz qılana da. Burda tam sosializm ab-havası hökm sürür. Hətta "Fənərbaxça" və "Beşiktaş" fanatları ilə birgə gözəl anlar keçirirəm. Çünki biz fikirlərə hörmətlə yanaşmağı bacarırıq. Evimdə bir çox oyunlar oynanılır, mövzular ətrafında fikir mübadiləsi aparılır. Bəzən belə müzakirələr səhərə qədər davam edir. Özü də evimdə əksər hallarda çox insan olur.

Atam sosializmə meyilli, Bülənt Ecevitin dövründə yetişmiş fəhlə insan idi. Amma babam sağçı idi. Demək istəyirəm ki, belə bir ailədən gəlmişəm.

Hazırda "Fənər"ə azarkeşlik edən uşaqlıq dostlarımla birgə oturanda "Qalatasaray"lılar əsəbiləşir. Sosial şəbəkədə "Qalatasaray"la bağlı nəsə paylaşanda "Fənərbaxça"lılar əsəbiləşir. Hökumətin yaxşı işini dəstəkləyəndə müxalifətin tənqidilə üzləşirəm. Müxalifətin söylədiyi həqiqətləri dəstəkləyəndə isə bu dəfə hökumət adamları məndən inciyir. Mənə bir şey maraqlıdır: məgər bu hökumətin düzgün etdiyi bir çey yoxdu ki, müxalifət heç vaxt onları dəstəkləmir? Və ya əksinə, müxalifət heç vaxt doğru bir tənqidi fikir səsləndirmir ki, hökumət onları qəbul etmir?

İnsanlar müxalifətçi mövqeyində olarkən də, iqtidarın gücündən istifadə edərkən də bunu eqo hissinə yox, xalqına görə etməlidir. Şəxsi fikrim belədi ki, qəlbimdəki ədalət anlayışı doğrudur və bütün qəlbimlə Allaha bağlıyam.

İnsanlar nə istəsələr söyləyə bilərlər. Hansı mövzuda fikir bilidirirəmsə, dərhal tənqid edən tapılır. Ancaq mən beləyəm. Hətta rəqibim olsa belə, Türkiyə üçün yaxşı iş görübsə, ədalətli şəkildə münasibət bildirirəm. Türkiyənin xeyrinə nə varsa, onu dəstəkləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm