İdman
İlk Avropa Oyunlarının idmana və idmançılara xeyri var
“Hər sahədə olduğu kimi idman da inkişaf edir”- bunu məşqçilər Komitəsinin sədri və İK-nin üzvü Vaqif Sadıqov deyib.
Futbol xadiminin sözlərinə görə, I Avropa Oyunlarının idmana və idmançılarımıza xeyri var. Vaqif Sadıqov Publika.az-a açıqlamasında Azərbaycanın hər sahədə olduğu kimi, idmanda da inkişafın olduğunu vurğulayıb:
“Ölkəmizi təbrik edirəm. Çoxdandır Azərbaycan güclü idman ölkəsinə çevrilib. Həmçinin bu onu göstərir ki, hər sahədə, o cümlədən idmanda da böyük inkişafa, tərəqqiyə nail olmuşuq. Sevindirici haldır ki, bu gün Azərbaycan Avropada seçilən ölkələrdən birinə çevrilib. İnşallah bunun davamını da görəcəyik.
İlk Avropa Oyunları həm motivasiya baxımından, həm də ümumiyyətlə, hərtərəfli şəkildə idmançılarımıza ancaq və ancaq xeyir verə bilər.
Biz hər yerdə deyirik ki, peşəkar idmanda mötəbər yarışların çoxluğu idmançıların və idmanın inkişafına gətirib çıxarır. İnşallah bunun təsdiqini də I Avropa Oyunlarında görəcəyik”.
Aygün İlqarqızı
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom