İdman
“Real”ın baş məşqçisi azarkeşləri sevindirdi
İspaniya La Liqasının növbəti turunda bu gün "Valensiya" ilə üz-üzə gələcək "Real" şad xəbər alıb.
Publika.az xəbər verir ki, bir müddətdir zədəli olan Kərim Benzema artıq heyətə qatılıb.
Fransız futbolçunun “Valensiya”ya qarşı oynamağa hazır olduğu deyilib. Onun Çempionlar Liqasında "Yuventus"la yarımfinal mərhələsinin cavab oyununda da meydana çıxacağı dəqiqləşib.
Bu barədə mətbuata Madrid klubunun baş məşqçisi Karlo Ancelotti məlumat verib. Baş məşqçi təcrübəli forvardla bağlı bunları deyib:
"Benzema indi özünü yaxşı hiss edir. Onun ehtiyat oyunçular skamyasında oturmasına heç bir maneə yoxdur”.
Qeyd edək ki, Benzema aprelin ortalarından rəsmi matçlara çıxmırdı.
"Real" - "Valensiya" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var