• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

FHN-in qurumları arasında mini-futbol yarışı keçirilib - FOTOLAR

  • İdman
  • 9 May 2015 17:56
  • 392 Baxış
FHN-in qurumları arasında mini-futbol yarışı keçirilib - FOTOLAR

4-9 may 2015-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin doğum gününə və Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr edilmiş mini-futbol üzrə çempionat keçirilmişdir.

Çempionatda iştirak edən komandalar Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının stadionlarında təşkil edilən çempionatda 21 komanda iştirak etmişdir.

Komandalar 4 qrupda mübarizə aparmış, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanmışdır. Yarımfinalda Mülki müdafiə qoşunları (MMQ) Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) ilə, Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) isə Dövlət Yanğından Xilasetmə Xidmətinin (DYMX) komandası ilə qarşılaşmışdır. Bu oyunlarda MTTİ 3:2 hesabı ilə MMQ-yə, DYMX isə 2:1 hesabı ilə XRXX-yə qalib gəlmişdir.

Finalda MTTİ 4:1 hesabı ilə DYMX-yə qalib gələrək çempion olmuşdur.

Sonda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun iştirakı ilə qaliblərə kubok, medal və diplomlar təqdim edilmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Elçin Məmmədov, ən məhsuldar hücumçusu Elvin Şükürov, ən yaxşı qapıçısı isə Zahir Məmmədov olmuşdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR