Bir həftə ərzində 5,7 milyon izləyici qazandıran FOTOLAR
Bizi izləyin

İdman

Bir həftə ərzində 5,7 milyon izləyici qazandıran FOTOLAR

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

1.Devid Bekhem - İngiltərə futbolunun əfsanəsini kim bu hala salıb? Onun saç düzümü kimin zövqünün məhsuludu? Yalnız onu deyə bilərik ki, belə şəkil həftə ərzində 5,7 milyon izləyici qazandırır.

2.Xuan Mata - İspaniyalı yarımmüdafiəçidən növbəti şedevr.

3.Stiven Cerrard – Los-Ancelsə köç etməzdən öncə. Evdə son günlər.

4.”Çelsi”nin rəsmi səhifəsi - “Zadəganlar” üçün canlı dəhliz.

5.Con Terri - “Liverpul”la oyundan əvvəl Canfranko Dzola qapıya gedən ən yaxın yolu müdafiəçiyə göstərir.

6.Balotelli - İtalyan hücumçu “Bavariya”nın futbolçusu Boatenqə dəstək olmaq üçün onun şəklini səhifəsində yerləşdirib və belə yazıb: “Çoxları “Barsa” ilə oyundakı epizoda görə, ona lağ edir. Amma unudurlar ki, bu oğlan bir neçə ay əvvəl bax, bunu qazanmışdı”.

7.Yelena İsinbayeva - Qızıl meydanda qələbə selfisi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm