• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AFFA-dan 5 futbolçuya cəza

  • İdman
  • 12 May 2015 15:27
  • 239 Baxış
AFFA-dan 5 futbolçuya cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda "Qəbələ", "Neftçi", "İnter" və "Bakı" klubunun cəzalandırılmasına qərar verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sumqayıt”la matçın 83-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

"Neftçi" ilə matçın 65-ci dəqiqəsində "İnter"in qapıçısı Səlahət Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. 90-cı dəqiqədə isə “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə klubun əvəzedicilərdən ibarət komandasına göndərilən futbolçu 2 oyunluq cəzaya, "Ağ-qaralar" 2000 manat cəriməyə məruz qalıb.

Komitə turun AZAL-la oyununda baş verənlərlə bağlı "Bakı"nı cəzalandırıb. Buna paytaxtın eyniadlı komandasının futbolçusu Vüqar Bəybalayevin 73-cü dəqiqədə idmançıya yaraşmayan hərəkəti səbəb olub. İkinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Bəybalayev bir oyunluq cəzalanıb, klubu 200 manat ziyana düşüb. 90+2-ci dəqiqədə isə "Bakı"nın digər futbolçusu Mahir Mədətov da kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə futbolçuya 2 oyunluq cəza, klubuna 2000 manat cərimə kəsilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR