Mourinyoya 16 milyon təklif olundu
Bizi izləyin

İdman

Mourinyoya 16 milyon təklif olundu

"Çelsi"ni 3-cü dəfə çempion edən Joze Mourinyo klubun sahibi Roman Abramoviçdən yeni təklif alıb.

Rusiyalı oliqarх portuqaliyalı mütəхəssisə 2 illik müqavilə təklif edib. Mourinyonun müqaviləsi 2017-ci ildə bitəcək. Abramoviç anlaşmanın müddətini 2019-cu ilədək uzatmaq istəyir. Milyader bunun üçün baş məşqçiyə illik 16 milyon avro maaş təklif edib.

Bu arada Mourinyo və Abramoviç görüşərək transfer məsələlərini müzakirə edir. İngiltərə mətbuatı artıq "Çelsi"nin hədəfindəki futbolçuları da açıqlayıb. Məlum olub ki, London klubu "Real"dan Qaret Beyl və Rafael Varaneni, "Atletiko"dan Antoine Qriezmann, "Barselona"dan Pedro Rodriges, "Olimpik"dən (Lion) Aleksandre Lakazette və "Xetafe"dən Visente Quaytanı transfer etmək istəyir.

Mourinyonun qara siyahısı da müəyyənləşib: Petr Çeх, Oskar və Filipe Luis.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm