"Bavariya" qalib gəldi, "Barselona" finala çıxdı
Bizi izləyin

İdman

"Bavariya" qalib gəldi, "Barselona" finala çıxdı

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" və "Barselona" komandaları qarşılaşıblar.

Oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Benatia fərqlənib. Lakin 15 və 29-cu dəqiqələrdə Neymarın dublu sayəsində kataloniyalılar önə keçiblər.

59-cu dəqiqədə Levandovski, 74-cü dəqiqədə isə Müller almanlara ümid verib- 3:2. Lakin ilk görüşdə 0:3 hesabı ilə məğlub olan "Bavariya"ya finala çıxmaq üçün bu hesab yetərli olmayıb.

Beləliklə, "Barselona" finala yüksələn ilk komanda olub. Sabah "Real" birinci oyunda 1:2 hesabı ilə məğlub olduğu "Yuventus"u qəbul edəcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm