Olimpiya çempionu: “Mən baş məşqçiyə fənd göstərmirəm”
Bizi izləyin

İdman

Olimpiya çempionu: “Mən baş məşqçiyə fənd göstərmirəm”

Olimpiya çempionu: “Mən baş məşqçiyə fənd göstərmirəm”

Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidenti Elnur Məmmədli Hacıağa Hacıəhmədovun milliyə baş məşqçi təyin olunmasına münasibət bildirib.

Publika.Az-a açıqlama verən keçmiş idmançı onun təyinatını düzgün addım hesab edib:

“Hacıağa Hacıəhmədov uzun illər gənclər yığmasına başçılıq edib. Millidə köməkçi məşqçi işləyib. Azərbaycan cüdosunun potensialından xəbərdardır. Hər bir cüdoçunu yaxşı tanıyır.

Düşünürəm ki, onun milli komandaya baş məşqçi təyin edilməsidüzgün seçimdir. İnanıram ki, Hacıəhmədovun rəhbərliyi altında milli komandamız nəticə qazana biləcək”.

Olimpiya çempionu vəzifəsini icra edərkən keçmiş məşqçilərinə nəzarət etməyin ona çətinliklər yaradıb- yaratmayacağı ilə də maraqlandıq. Məmmədli məsələyə belə münasibət bildirdi:

“Olimpiya çempionu, dünya və Avropa çempionatlarının mükafatçısı, 2 “Qrand Master” turnirinin qalibiyəm. Zala girəndə tanınmış idmançılar mənə yaxınlaşaraq, bilmədiklərini soruşurlar.

Mən də onlara əlimdən gələn qədər kömək edirəm. Yəni, bildiklərimdən idmançılarımızın inkişafı üçün yararlanıram.

O ki, qaldı məşqçilərə nəzarət etməyə, mən baş məşqçiyə fənd göstərmirəm. İdmançılara göstərirəm.

Güləşdiyim vaxt həm əvvəlki baş məşqçi Ağayar Axundzadə, həm də Hacı Hacıəhmədov, həm də şəxsi məşqçim Yaşar Allahverdi mənə müəyyən fəndləri öyrədirdi.

O zamanlar işim bundan ibarət idi. İndi isə yeni vəzifəmə uyğun iş görürəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm