Avropa çempionatında Azərbaycanı 10 samboçu təmsil edəcək
Bizi izləyin

İdman

Avropa çempionatında Azərbaycanı 10 samboçu təmsil edəcək

Mayın 14-dən 18-dək Xorvatiyanın paytaxtı Zaqrebdə sambo üzrə Avropa çempionatı keçiriləcək.

Publika.az xəbər verir ki, çempionatda ölkəmizi baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi ilə 10 idmançı təmsil edəcək.

Sambo yarışlarında Ağasif Səmədov (52 kq), Röyal Dünyamalıyev (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Samir Kərimov (74 kq), Elmuraz Qasımov (90 kq) və Xaliq Cəfərli (100 kq) xalça üzərinə çıxacaqlar. Döyüş sambosu yarışlarında Elvar Osmanov (52 kq), Fərid Yusifov (57 kq) və Nizami Məmmədov (100 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Çempionatda yarışların idarə olunmasında ölkəmizi Cabir İsmayılov təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm