“Barselona”nın finaldakı rəqibi kim olacaq?
Bizi izləyin

İdman

“Barselona”nın finaldakı rəqibi kim olacaq?

Bu gün Çempionlar Liqasında ikinci finalçının adı məlum olacaq. “Barselona”dan sonra Berlinə hansı klubun vəsiqə qazanacağı Madriddə müəyyənləşəcək.

İlk oyunda səfərdə “Yuventus”a məğlub olan “Real” bu dəfə doğma azarkeşləri önündə meydana çıxacaq. Tarix boyu “Kral klubu”na başağrısı olan “Qoca sinyora”nın bu dəfə də ənənəsinə sadiq qalıb-qalmayacağı bəlli deyil. Son zamanlar futbolçularının zədəli olmasına görə əziyyət çəkən “Real”da vəziyyət dəyişib. Bu dəfə yalnız Luka Modriçin oynamayacağı dəqiqdir. Kərim Benzemanın meydana çıxıb-çıxmayacağıyla bağlı son qərarı həkimlər verəcək.

Cari mövsümdə öncə İspaniya kubokundan, daha sonra La Liqa çempionluğundan əli üzülən (böyük ehtimalla) Karlo Ançelotti və komandası üçün yaranmış pis vəziyyətdən çıxmaq üçün Çempionlar Liqasında qələbə sonuncu şansdır. Əks təqdirdə, hər şey onlara baha başa gələ bilər.

“Yuventus” isə rahatdır. İtaliya klubunun bu matçdan başqa itirəcək heç bir şeyi yoxdur. Bütün diqqətlərini bu matça yönəldəcəklər. Hesabın sürüşkən, “Real”ın qəzəbli olması onların işini çətinə salsa da, “Qoca sinyora”nı bu vəziyyətdən üzüağ çıxarda biləcək kifayət qədər təcrübəli futbolçuları var. Eyni zamanda, turinlilər qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində 5 dəfə üz-üzə gəldikləri Madrid klubunu 3 dəfə məyus edə biliblər.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları

23:45 Real - Yuventus (ilk oyun 1:2)

Stadion: "Santyaqo Bernabeu".

Baş hakim: Yonas Eriksson (İsveç).

TV: İdman Azərbaycan, NTV (Rusiya), Star (Türkiyə).

Zədəli: Modriç, Kxedira – Kaseres, Marron.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm