"Neftçi" Rauf Əliyevlə vidalaşdı
Bizi izləyin

İdman

"Neftçi" Rauf Əliyevlə vidalaşdı

"Neftçi" futbol klubu bir müddət əvvəl transferə çıxardığı Rauf Əliyevlə müqaviləni pozub.

Publika.az xəbər verir ki, bu barədə qərar 26 yaşlı hücumçunun müraciəti əsasında qəbul olunub. Nəticədə onunla yanvarda bağlanılmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

R.Əliyevə azad agent statusu verilib. Klub təcrübəli forvarda gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Rauf Əliyevlə yanvarda 1,5 illik müqavilə bağlanılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm