Tərbiyəsizliyinə görə millidən qovdular - VİDEO
Bizi izləyin

İdman

Tərbiyəsizliyinə görə millidən qovdular - VİDEO

Tərbiyəsizliyinə görə millidən qovdular - VİDEO

Roma”nın futbolçusu Daniel De Rossi “İnter”in oyunçusu Mauro İkardininn sifətinə yumruqla zərbə vurub.

İtaliya Futbol Federasiyası da futbolçunun bu tərbiyəsizliyinə biganə qalmayıb. “Roma”nın futbolçusu buna görə 3 oyunluq cəzalanıb.

Bu epizod oyun zamanı hakimin gözündən yayınsa da, İntizam Komitəsi videoçarxa baxaraq cəza tətbiq edib.

De Rossi İtaliya millisinin baş məşqçisi Çezare Prandellinin qərarına əsasən İspaniya ilə yoldaşlıq oyunundan da uzaqlaşdırılıb.

Bundan əlavə, həmin oyunda Romanyolini vurduğuna görə “İnter”in müdafiəçisi Xuan Xesus da analoji cəza alıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm