Prosineçki: "Azərbaycan idman ölkəsidir"
Bizi izləyin

İdman

Prosineçki: "Azərbaycan idman ölkəsidir"

“AÇ-2020-nin final mərhələsinə vəsiqə qazansaq, möhtəşəm olar”. Bu sözləri “news-goal.com”a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Publika.az xəbər verir ki, xorvat mütəxəssis ölkə futbolunun inkişaf perspektivlərindən də danışıb:

“Böyük futbolçu olmaq gələcəkdə böyük məşqçi olacağınız mənasına gəlmir. Futbol oynadığım vaxtlarda hər zaman qazandım. Məşqçi kimi də həmişə oyunçularımın qələbə qazanması üçün çalışıram. Azərbaycan futbolunun ciddi potensialı var. Yaxşı gələcəyinin də olacağına inanıram. Bacarıqlı gənc futbolçuları var. Ölkə futboluna ciddi yatırımlar edilir. Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir. Addım-addım hədəfə doğru irəliləyirlər”.

Prosineçki Bakının AÇ-2020-nin bir neçə oyununa ev sahibliyi edəcəyini bildirərək sözügedən turnirin final mərhələsinə vəsiqə qazanmaq istədiklərini də söyləyib. O, eyni zamanda iyunun 12-dən 28-dək Bakıda keçiriləcək İlk Avropa Oyunları barədə də danışıb:

“AÇ-2020 Azərbaycan üçün çox önəmli hədəfdir. Çünki bu ölkə həmin turnirə ev sahibliyi edəcək. Final mərhələsinə yüksəlmək möhtəşəm olardı. Azərbaycanda futbola olan coşqunun artması üçün ciddi nəticələr qazanmaq lazımdır. İnsanlar futbolu sevirlər. Bura idman ölkəsidir. Avropa Oyunları kimi böyük tədbirin keçirilməsi yeni stadionların və digər idman qurğularının yaradılması baxımından da çox önəmlidir. Bakı xeyli inkişaf edib. Möhtəşəm Avropa şəhərlərindən birinə çevrilib. Əminəm ki, bütün bunlar ölkəni təkcə futbol baxımından deyil, bütövlükdə idman dünyasının önəmli mərkəzlərindən birinə çevirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm