"Neftçi"də “yarpaq tökümü” – Seyidov da getdi
Bizi izləyin

İdman

"Neftçi"də “yarpaq tökümü” – Seyidov da getdi

"Neftçi" klubu futbolçusu Mirhüseyn Seyidovla yollarını ayırıb.

Publika.az xəbər verir ki, yarımmüdafiəçi ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Neftçi” 23 yaşlı futbolçuya azad agent statusu verib. Klub futbolçunun müraciəti əsasında belə qərar verib.

"Neftçi"nin yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm