Finalın adı: "Dnepr" – “Sevilya”
Bizi izləyin

İdman

Finalın adı: "Dnepr" – “Sevilya”

Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.

Publika.az xəbər verir ki, heç kimin gözləmədiyi halda yarımfinala qədər irəliləyən "Dnepr" daha bir möcüzəni gerçəkləşdirib. Belə ki, yarımfinal mərhələsinin ilk oyununda səfərdə Neapoldan məhsuldar heç-heçəylə qayıdan Ukrayna təmsilçisi evdə 1:0 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb.

İtaliya A seriyasında Çempionlar Liqasına vəsiqə verən ilk üç yerdən geridə qalan "Napoli" Avropa Liqasına gələn mövsüm qitənin ən nüfuzlu klub turnirində iştirak üçün tramplin kimi baxırdı. Ancaq Rafael Benitesin yetirmələri "Dnepr" səddini keçə bilməyərək ümidini yenidən A seriyasında 3-cü pilləyə bağladı.

İlk oyunda "Fiorentina"nı darmadağın edən "Sevilya" "Artemio Franki"dəki matça rahat çıxdı. İspanlar Florensiyadakı matçda ilk oyundan sadəcə bir qol az vurdular. Beləliklə, ümumi hesabda 5:0 hesabıyla qalib gələn "Sevilya" Avropa Liqasının finalına vəsiqə qazandı.

Avropa Liqası, yarımfinal, cavab oyunları

15 may

00:05 Dnepr - Napoli 1:0 (ilk oyun 1:1)

Seleznyov, 58.

00:05 Fiorentina - Sevilya 0:2 (0:3)

Bakka, 22. Karrizo, 27.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm