İdman
Valideynləri erməni cüdoçuları Bakıya buraxmır
Ermənistanın 2 cüdoçusu Bakı 2015 I Avropa Oyunlarına buraxılmayıb.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuata yığmanın baş məşqçisi Tiqran Babayan açıqlama verib.
T.Babayan bildirib ki, Arsen Kazaryan və Andranik Çaparyanın Bakıya gəlişinə şəxsi məşqçiləri və valideynləri etiraz edib. Bu səbəbdən, Oyunlara cəmi 3 cüdoçu - Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviç (52 kq) qatılacaq. Baş məşqçi və federasiyanın vitse-prezidenti də Bakıya gələcək.
Ermənistan yığmasının yaxşı formada olduğunu deyən mütəxəssis daim təlim-məşq toplanışları və beynəlxalq yarışlarda iştirak etdiklərini vurğulayıb. O, hazırda Türkiyənin Antalya bölgəsində, iyunun 5-dən isə Belarusun paytaxtı Minskdə hazırlaşacaqlarını söyləyib:
"Medal uğrunda mübarizə aparacağıq. Bizim üçün Bakıdakı Avropa Oyunları sıravi qitə çempionatı kimi adi bir yarışdır. Bu, siyasət yox, idmandır. Düzdür, gərginlik var, amma buna fikir verməməyə çalışacağıq. Oyunlarla çempionatın vaxtı üst-üstə düşməsəydi, geniş heyətlə qatılmayacaqdıq. Ermənistanın "Bakı 2015"-də iştirak edəcəyinə hələ də əmin deyiləm".
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında cüdo yarışları 25-28 iyunda keçiriləcək və Avropa çempionatı statusu daşıyacaq.
Report
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ