“Real”ın yeni çalışdırıcısı kim olacaq?
Bizi izləyin

İdman

“Real”ın yeni çalışdırıcısı kim olacaq?

“Real”ın prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottini istefaya göndərmək barədə düşünür.

Publika.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Namizədlər arasında bir neçə mütəxəssis var. İlkin variant kimi Madrid klubunun ikinci komandasının (Kastilya) çalışdırıcısı Zinəddin Zidan nəzərdən keçirilir. Onun məşqçilər korpusunda Fernando Yerro və Raul Qonzales yer ala bilər.

“Borussiya”dan (Dortmund) ayrılmaq qərarına gələn Yürgen Klopp da “Kral klubu”na baş məşqçi təyin edilə bilər. Ondan əlavə, “Zenit”in baş məşqçisi Andre Villaş-Boaş, “İnter”in çalışdırıcısı Roberto Mançini və “Napoli”nin “sükanı arxasında” əyləşən Rafael Benitesin də adı namizədlər sırasındadır.

Qeyd edək ki, Ançelottinin klubla müqaviləsi 2016-cı ilin yayında başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm