• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gəncəli polis çavuşundan qeyri-adi hərəkət - FOTO

  • İdman
  • 16 May 2015 00:32
  • 833 Baxış
Gəncəli polis çavuşundan qeyri-adi hərəkət - FOTO

Həvəskar velosipedçi Şahin Məmmədov idmansevərlərin diqqətini cəlb etməkdə davam edir. Ötən il velosipedi üzüarxaya sürməklə yaddaşlarda qalan Ş.Məmmədov ilk dəfə reallaşdırdığı veloyürüşdə 7 km məsafəni qət etmişdi.

Publika.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı bu dəfə daha çətin sınaq qarşısındadır. O, indi 348 km məsafəni geridə qoymaq əzmindədir. Polis çavusu velosipedin oturacaq yerini çıxararaq Gəncə qapılarının yanından start götürməklə Bakıya doğru yola düşüb. Onun hazırkı məqsədi nəqliyyat vasitəsini üzüarxaya sürməklə uzun məsafədə dünya rekordu qırmaqdır.

Qeyd edək ki, 12 yaşından idmanla məşğul olan Ş.Məmmədov dəfərlərlə Daxili İşlər Nazirliyi tərəfindən keçirilən yarışlarda fərqlənib, çoxnövçülükdə Azərbaycan çempionu olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR