• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qurban Qurbanov "Qarabağ"ın çempionluğundan danışdı

  • İdman
  • 17 May 2015 03:49
  • 371 Baxış
Qurban Qurbanov "Qarabağ"ın çempionluğundan danışdı

Topaz Premyer Liqasının 34-cü turunda “Sumqayıt”ı 1-0 hesabı ilə məğlub edən “Qarabağ” cari mövsümün çempionu oldu.

Yeganə qolu 33-cü dəqiqədə Leroy Corc vurub. Turun bitməsinə iki oyun qalsa da komanda artıq 68 xalla çempionluğunu təmin edə bilib. Buna eyni zamanda “Qəbələ”-“İnter” matçının 1-1 hesabı ilə başa çatması təsir edib. Hazırda 60 xalı olan “İnter” ikinci pillədədir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya aidiyyəti olan hər kəsi çempionluq münasibəti ilə təbrik edib. “Son turlar bir qədər ağır, stressli alındı. Ümumiyyətlə, ağır mövsüm keçirdik. Çətin mübarizədən sonra çempion olduq. Futbolçular layiqli mübarizə apardılar. Düzdür, son iki oyunda enişin olduğu deyilirdi. Biz bunu normal qarşıladıq. Çünki səfərdə iki çətin rəqibə qarşı çıxış etdik. Bütün bu çətinliklərdən sonra çempion olduq. Mübarizə aparan, xarakter nümayiş etdirən oyunçularım nəticə üçün oynamağı bacardılar. Bizi “İnter” kimi rəqib izləyirdi. Həmin komanda bizi bir an rahat buraxmadı, nəfəs almağımıza imkan vermədi. “Qəbələ” – “İnter” oyununa baxarkan düşünürdüm ki, “İnter” son saniyələrdə də qol vurmağı bacaran komandadır. İndi qarşıda bizi Azərbaycan Kubokunun finalı gözləyir. Həmin matça qədər vaxtımız var. Belə bir şans futbolçunun, məşqçinin əlinə həmişə düşmür. Vəziyyətdən düzgün istifadə etməyi bacarmalıyıq. Transfer məsələsi daima problemli mövzudur. İndiki məqamda bu barədə danışmaq istəmirəm. Bir qədər istirahət edək, daha sonra bu barədə ümumi danışarıq. Sadəcə, deyim ki, çempionluqda hər bir futbolçunun əməyi var. Cari çempionluq mənim üçün daha çətin oldu. Hesab edirəm ki, adı qoruyub-saxlamaq onu qazanmaqdan daha çətindir”, - deyə o bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR