İspaniya, Portuqaliya, Rusiya və Ukraynada da çempion bəllidir!
Bizi izləyin

İdman

İspaniya, Portuqaliya, Rusiya və Ukraynada da çempion bəllidir!

2014/15 mövsümü sona yaxınlaşır. Artıq “Böyük beşlik” çempionatlarında bütün qaliblər məlumdur. Almaniya, İngiltərə, İtaliya və Fransada çempionluq mübarizəsi ötən həftələrdə bitmişdi. Yalnız La Liqada qeyri-müəyyənlik qalmışdı ki, finişə 1 tur qalmış bu suala da aydınlıq gəldi.

Publika.az xəbər verir ki, 37-ci turda Madriddə “Atletiko”nun qonağı olan “Barselona” məhz köhnə çempionu məğlub etməklə titulu rəsmən təhvil aldı.

Portuqaliyada da çempion vaxtından əvvəl məlum olub. “Benfika” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. Liderdən 3 xal geri qalan “Portu”nun “Benfika”ya çatmaq imkanı olsa da, bu, çempionun adını dəyişməyəcək. “Benfika” şəxsi görüşlərdə “Əjdahalar”dan üstündür.

Bununla da, Lissabon klubu tarixində 34-cü dəfə ölkə çempionu adına yiyələnib ki, bu, Portuqaliyada rekord göstəricidir. “Benfika”nın əzəli rəqibi “Porto” isə 27 dəfə Liqa Saqresin qalibi olub.

Daha bir çempionatın qalibi bəlli olub. Kiyev “Dinamo”su Ukrayna çempionluğunu qazanıb. Ukrayna çempionatının son turunda “Dnepr”ə qalib gələn kiyevlilər 14-cü dəfə bu sevinci yaşayıblar. “Şaxtyor”un hesabında isə 9 belə nailiyyət var.

Rusiya Premyer Liqasında da 2014/15 mövsümünün qalibi bəllidir. Səfərdə “Ufa” ilə qarşılaşan “Zenit” 1:1 hesablı nəticə ilə qızıl medallara sahib olub. Xalını 64-ə çatdıran Sankt-Peterburq təmsilçisi ən yaxın izləyiciləri MOİK-i və "Krasnodar"ı 8 xal qabaqlayır. Bu, “Zenit”in 4-cü çempionluğudur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm