Gözəlliyə üçqat zərbə və ya əfsanəvi nişana sonuncu toxunuş – FOTOLAR
Bizi izləyin

İdman

Gözəlliyə üçqat zərbə və ya əfsanəvi nişana sonuncu toxunuş – FOTOLAR

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

1. “Arsenal”ın rəsmi səhifəsi - Arsen Venger yetirmələrinə penalti vurmağı öyrədir.

2. Con Terri - Vaxtından əvvəl çempionluğu təmin etdinsə, belə olmalıdır. Vaxtından əvvəl də tətilə çıxmağı haqq edirsən onda.

3. Bred Fridel - Ah, cavanlıq, cavanlıq. Saç futbola qurban getdi.

4. Kristian Vyeri - Madrid azarkeşlərinin performansı. Kristian bununla kimlərə mesaj göndərib?

5. Fernando Lyorente - Çempionlar Liqasında “Real”la keçirilən yarımfinal qarşılaşmasından sonra paltardəyişmə otağına girən bu sarışın kimdir? Kimdirsə, böyük adamdır. Hətta Lyorente onunla “selfie” çəkdirmək məcburiyyətində qalıb.

6. İnna Jirkova - Gözəlliyə üçqat zərbə!

7. PSJ-nin rəsmi səhifəsi - Bu da növbəti çempionluq.

8. “Liverpul”un rəsmi səhifəsi - Stiven Cerrard “Enfild”ə qədəm qoyarkən əfsanəvi nişana sonuncu dəfə toxunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm