Nazim Süleymanovun köməkçilərinin adları açıqlandı
Bizi izləyin

İdman

Nazim Süleymanovun köməkçilərinin adları açıqlandı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nazim Süleymanov köməkçilərini və yığmanın hazırlıq planını müəyyənləşdirib.

Publika.az xəbər verir ki, ona Novruz Əzimov və qapıçılarla işləyən məşqçi kimi Rauf Mehdiyev yardımçı olacaq. Yeni heyətlə ilk təlim-məşq toplanışı isə mayın 29-da Bakıda keçiriləcək. Baş məşqçi bildirib ki, bu komandaya 1997-ci il təvəllüdlü futbolçular çağırıldığından, hazırda onların orta məktəblərdə təhsillərini yekunlaşdırmalarını gözləyirlər. Toplanış 3 gün davam edəcək.

Millinin ilk ciddi sınağı isə noyabrda elə paytaxtda Türkiyə, Ukrayna, Bosniya və Herseqovinanın da iştirakı ilə təşkil olunacaq Avropa çempionatının seçmə matçlarına təsadüf edəcək. Oyunlar noyabrın 10-da, 12-də və 15-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm