Avroliqada Qarabağın 8 potensial rəqibi bəlli oldu
Bizi izləyin

İdman

Avroliqada Qarabağın 8 potensial rəqibi bəlli oldu

2015-2016 mövsümündə Azərbaycanı futbol üzrə Avropa Çempionlar Liqasında"Qarabağ" klubu təmsil edəcək.

Qol.Az-ın məlumatına görə, Qarabağ mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Komanda püşk zamanı "Seltik" (Şotlandiya), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), HİK (Finladniya), "Molde" (Norveç), "Videoton" (Macarıstan) və həmçinin Kipr və Danimarka çempionları ilə birgə səpələnmişlər səbətində yer alacaq.

Bu o deməkdir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində nisbətən zəif komandalarla qarşılaşacaq.

"Qarabağ"ın 8 potensial rəqibi artıq bəllidir. Komandanın digər rəqibləri isə hələlik müəyyənləşməyib.

Birinci təsnifat mərhələsindəki 4 cütdən 3-ü "Qarabağ"la qarşılaşa bilər.

Lakin Uels çempionu TNS-nin II təsnifat mərhələsində hansı səbətdə yer alacağı məlum olmadığından,onun

növbəti mərhələdə "Qarabağ"a rəqib olub-olmayacağı sual altındadır.

"Qarabağ"ın 8 potensial rəqibləri bunlardır: "Dila" (Gürcüstan), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta).

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 14-15-də, cavab görüşləri isə iyulun 21-22-dəkeçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm