• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

AFFA rəsmisi funksionerlərə səsləndi: “İnsafınız olsun...”

  • İdman
  • 19 May 2015 12:24
  • 297 Baxış
AFFA rəsmisi funksionerlərə səsləndi: “İnsafınız olsun...”

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Azərbaycan Premyer Liqasında oynamaq üçün lisenziya almağa çalışan klub rəsmilərinə müraciət edib.

Publika.az xəbər verir ki, M.Nərimanoğlu bu gün lisenziya üçün apellyasiya müraciətində 10 günlük müddətin bitəcəyini xatırladıb. O, klub rəsmilərini mətbuat səhifələrində özlərini ucuz reklam etməməyə çağırıb:

"Bəzi mətbuat səhifələrində elə haray-həşir qoparır, özünüzü elə reklam edirsiniz ki, 19 mayın son gün olduğunu belə unutmusunuz. KİV-də səslənən fikirlərinizlə tanış olanda, mətbuat işçilərinin çoxsaylı suallarını cavablandıranda, qələm əhlindən olan həmkarlarımla söhbət edəndə daxilimdən gələn yumor hissini bəzən saxlaya bilmirəm. Çünki lisenziya almaq üçün sənədlərini toplayıb apellyasiya müraciəti etmək əvəzinə biriniz icra hakimiyyətinin qəbulunda saatlarla dayandınız, biriniz Milli Məclisin. Uzun illər sponsor üzünə həsrət qalanlar isə bir dəqiqə ərzində sponsor "tapdı". Əfsuslar olsun ki, bu gün reklam vaxtınız bitir. 9 gün ərzindəki ittiham və iradlarınızı təsdiqləmək, dediyiniz sözün arxasında dayanmaq və iddia etdiyiniz kimi haqqınızı qorumaq üçün heç olmasa, apellyasiyaya müraciət edin. Axı, sizin qeyd etdiyiniz kimi ilk andan müraciət etdiyinizə və bütün sənədlərinizin qaydasında olduğuna görə mətbuata və azarkeşlərinizin çoxsaylı suallarına bircə cümlə ilə cavab verməkdən bezmişəm: "Bu ana qədər apellyasiyaya heç bir klub müraciət etməyib". İnsafınız olsun, heç olmasa bir günlük reklamdan işə keçin".

Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Komissiyası 2015-2016-cı il mövsümündə Premyer Liqada iştirak üçün Bakının "Zirə" və Gəncənin "Kəpəz" klublarına icazə verib. Qərardan narazı qalan bəzi klublar, o cümlədən, I divizionun qalibi "Neftçala" apellyasiya verəcəyini bildirsə də, hələlik heç bir addım atmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR