Vəd: "Çempion olsaq, avtomobilimi azarkeşə hədiyyə edəcəm"
Bizi izləyin

İdman

Vəd: "Çempion olsaq, avtomobilimi azarkeşə hədiyyə edəcəm"

“Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo maraqlı iddia ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Melo “Qalatasaray”la birlikdə çempion olacağı təqdirdə avtomobilini bir azarkeşə hədiyyə edəcək.

Bu barədə futbolçu sosial şəbəkə hesabından məlumat verib.

Braziliyalı yarımmüdafiəçi təxminən 300 min avro dəyərində olan avtomobilini elə sosial media üzərindən keçirəcəyi çəkilişlə təqdim edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm