Bu nə oyundur? - 5 dəqiqəyə... - VİDEO
Bizi izləyin

İdman

Bu nə oyundur? - 5 dəqiqəyə... - VİDEO

Peru çempionatında futbolda görünməmiş hadisə yaşanıb. Matçın hakimi Ramon Blanko “Alyans Lima” və “Real Qarsilaso” komandaları arasında keçirilən oyunun son 5 dəqiqəsi ərzində 5 qırmızı vərəqə göstərib.

Publika.az xəbər verir ki, hakim əvvəlcə “Alyans” klubunun oyunçusu Qabriel Kostanı meydançadan çıxarıb. Sonra isə komandanın baş məşqçisi Gilyermo Sanginettiyə “qırmızı” göstərilib. Qalan vaxt ərzində “Alyans”ın daha 3 oyunçusu da meydandan qovulub.

Görüş “Real Qarsilaso” komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hakimin qərarları azarkeşlər arasında narazılığa və stadionda iğtişaşlara səbəb olub. Bu səbəbdən Ramon Blanko meydanı polisin əhatəsində tərk edib.

Buna baxmayaraq, Perunun peşəkar hakimlər assosiasiyası hakimin qərarlarını təqdir edib və ona qarşı sanksiyalar tətbiq olunmayacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm