“Kral klubu”nda hakimiyyət dəyişir
Bizi izləyin

İdman

“Kral klubu”nda hakimiyyət dəyişir

Madrid "Real"ının Karlo Ançelottiylə yolları ayıracağı dəqiqləşib.

Publika.az xəbər verir ki, italyan mütəxəssis mövsümün sonunda "Kral klubu"nu tərk edəcək. "Real" rəhbərliyi Dortmund "Borussiya"sından ayrılacaq Yürgen Kloppla müqavilə imzalayıb. Bu barədə məlumatı "Radio Deutschland" yayıb.

Məlumata görə, Klopp "Real"la 2018-ci ilə qədər müqavilə bağlayıb. Onun Madrid klubunda ilə 8 milyon avro məvacib alacağı deyilir. Tərəflər bütün şərtlərdə razılıq əldə ediblər. Razılaşma ilə bağlı rəsmi açıqlama iki həftədən sonra veriləcək.

Klopp "Borussiya"dan gedəcəyini aprel ayında bildirmişdi. Mayın 30-da "Borussiya" Almaniya kubokunun finalında "Volfsburq"la üz-üzə gələcək. Bu, Kloppun Dortmund klubunda vida matçı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm