Fransada gündən-günə qiyməti qalxan “şir”
Bizi izləyin

İdman

Fransada gündən-günə qiyməti qalxan “şir”

Cari mövsümdə sərgilədiyi oyunla bir çox klubun diqqətini çəkən Aleksandr Lakazette gələn mövsüm də "Lion"da qalacaq.

Publika.az xəbər verir ki, bu barədə "Canal+" telekanalına "Şirlər"in prezidenti Jan-Mişel Ola məlumat verib.

Klub prezidenti Fransa millisinin üzvü üçün hətta 50 milyon avro təklif ediləcəyi təqdirdə belə onu satmayacaqlarını deyib. "Lion" rəhbərliyi gələn mövsüm Çempionlar Liqasında iştirak edəcəklərini nəzərə alaraq, klubun cari mövsümkü əsas heyətini qoruyub saxlamaq qərarına gəlib.

Lakazette cari mövsümdə "Lion"un heyətində 27 qola imza atıb. Hücumçunun "Şirlər"lə müqavilə müddəti 2018-ci ilin yayında bitəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm