"Yuventus" “qızıl dubl” etdi – VİDEO
Bizi izləyin

İdman

"Yuventus" “qızıl dubl” etdi – VİDEO

İtaliya kubokunda 2014/15 mövsümünün qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, Roma şəhərinin "Olimpiko" stadionunda baş tutan final matçında "Yuventus" "Latsio" üzərində 2:1 hesabı ilə qələbə qazanaraq qənimətə sahib çıxıb.

Görüşdə əsas hissə heç-heçə başa çatdığından əlavə dəqiqələr oynanılıb və turinlilər 97-ci dəqiqədə Matrinin sayəsində qələbə topunu vura biliblər.

Bununla da "Yuventus" tarixində 10-cu, 1995-ci ildən bu yana isə ilk dəfə İtaliya kubokunu qazanmış olub. A seriyasında da çempionluğu rəsmiləşdirən “Yuventus”un cari mövsümü “qızıl dubl”la başa vuracağı dəqiqləşib.

İtaliya kuboku. Final

Yuventus (Turin) – Latsio (Roma) 2:1, əlavə vaxtda

Kyellini, 11. Matri, 97 - Radu, 4.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm