Bu gün Bədən tərbiyəsi və idman günüdür
Bizi izləyin

İdman

Bu gün Bədən tərbiyəsi və idman günüdür

Bu gün Bədən tərbiyəsi və idman günüdür

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

İnterAz xəbər verir ki, ölkə prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli fərmanı ilə martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi təsis edilib.

Adıçəkilən fərmanla həm də “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı təsis olunub.

2005-ci il sentyabrın 24-də Bakıda MDB ölkələri Beynəlxalq İdman Konfederasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Zəhmətkeşlərin V Beynəlxalq İdman Oyunları start götürüb.

Burada 9 ölkə – Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Türkmənistan və Qırğızıstanın 1145 atleti mübarizə aparıb. Oyunlar badminton, voleybol, ağırlıqqaldırma, dariş, atletika, futzal, stolüstü tennis, kəndirdartma, üzgüçülük, siritbol idman növləri üzrə keçirilib.

MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal qazanıblar (9 qızıl,12 gümüş və 16 bürünc).

Ölkə tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması əlamətdar hadisə olub.

Geridə qoyduğumuz 2011-ci il çərçivəsində Azərbaycan idman sahəsində bir sıra uğurlar qazanıb. Buna misal olaraq sadəcə “Azərreyl” komandasının Avropa “Challenge Cup” turnirinin finalında qalib olması və Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçularının klublararası dünya çempionatında “Rabitə” komandasının qalibiyyət əldə etməsini misal göstərmək olar.

İdmanın inkişafına dəstək vermək məqsədilə ölkənin 33 rayonunda olimpiya kompleksləri inşa olunub. Hazırda 10 olimpiya kompleksinin inşası davam etdirilir.

Bundan başqa, bu ilin mühüm idman hadisələrindən biri də 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına Bakının ikinci dəfə namizədliyinin irəli sürülməsidir.

Onu da qeyd etmək kifayətdir ki, Azərbaycanda idmana hər il dövlət tərəfindən 10 milyon manat vəsait ayrılır.

Qeyd edək ki, hər il olduğu kimi bu il də Gənclər və İdman Nazirliyi Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm