Premyer Liqada atəşfəşanlıq olmayacaq – 1 dəqiqəlik sükut, qara sarğı
Bizi izləyin

İdman

Premyer Liqada atəşfəşanlıq olmayacaq – 1 dəqiqəlik sükut, qara sarğı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turunun sabah keçiriləcək oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Bu sözləri Publika.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib. Qurum rəsmisi Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən dəhşətli yanğında həlak olanların xatirəsinin yad olunması məqsədilə sabah futbolçuların meydana qara sarğıyla çıxacağını da açıqladı.

Bundan başqa, “İnter” – “Qarabağ” oyunundan sonra əvvəlcədən nəzərdə tutulan atəşfəşanlıq ləğv edilib. 2014/15 mövsümü Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ”a yalnız çempionluq kuboku və qızıl medal, “İnter”ə isə gümüş medal təqdim olunacaq. Bu zaman hər hansı bayram tədbiri, atəşfəşanlıq olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm