Petarda faciəsi - Azarkeşin qolu qopdu
Bizi izləyin

İdman

Petarda faciəsi - Azarkeşin qolu qopdu

Braziliyanın 2-ci divizionunda faciəvi hadisə baş verib.

Publika.az xəbər verir ki, hadisə "Amerika" - "Olariya" qarşılaşmasında yaşanıb. Oyun zamanı tribunada olan azarkeşlər partlayıcı elementlərdən istifadə ediblər.

Böyük ölçülü petardanın partladılması faciəyə səbəb olub. Petarda partlayarkən azarkeşlərdən birinin qolunu qopardıb. Buna görə qarşılaşma təxminən bir saat dayandırılıb. Stadionda olan təcili yardım maşını yaralını xəstəxanaya çatdırıb. Təcili yardım maşını stadiona qayıtdıqdan sonra oyun davam etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm