Şahin Diniyev: “Kəpəz”i mən çalışdıracam”
Bizi izləyin

İdman

Şahin Diniyev: “Kəpəz”i mən çalışdıracam”

Azərbaycan millisinin sabiq baş məşqçisi, AFFA Məşqçilər Şurasının üzvü Şahin Diniyev "Kəpəz"ə baş məşqçi təyin olunub. Bu barədə Publika.az-a mütəxəssis özü açıqlama verib:

“Mənə klubun prezidenti Mehman Allahverdiyev təklif etdi. Klub rəhbərliyi ilə görüşdən sonra ilkin razılığımı vermişəm. İkimiz də futbol adamıyıq, vaxtilə də bir yerdə işləmişik. Köməkçilər və transfer planları barədə müzakirələırimiz hələ olacaq. Çünki hələ heç nə bəlli deyil”.

Daha sonra Diniyev Məşqçilər Komitəsindəki işinin aqibəti barədə də danışdı:

Hələ iyunun 1-nə qədər Məşqçilər Komitəsindəyəm. Daha sonra məsələyə baxılacaq. Çünki məni işə AFFA götürüb. Buna görə də AFFA ilə mütləq məsləhətləşməliyəm. Komandanı növbəti mövsümdə mən çalışdıracam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm