İbrahimoviç: “Türkiyədən təklif gəlsə...”
Bizi izləyin

İdman

İbrahimoviç: “Türkiyədən təklif gəlsə...”

İbrahimoviç: “Türkiyədən təklif gəlsə...”

İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç Türkiyə ilə yoldaşlıq oyunundan əvvəl açıqlama verib.

Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda PSJ-də forma geyinən hücumçu Türkiyə Superliqasında oynamaq şanslarından danışıb:

“Türkiyə ilə yoldaşlıq görüşündə mən də oynamaq istəyirəm. Amma belimdə ağrılar var. Matçda iştirak edib-etməyəcəyimə oyun günü aydınlıq gələcək.

Türkiyə Superliqasında oynayan İsveç millisinin 4 futbolçusu var. Hazırda PSJ mənim üçün rahatdır. PSJ-də xoşbəxtəm və orada davam etmək istəyirəm. Ancaq Türkiyədən təklif gəlsə, çox sevinərəm.

Sevilən bir futbolçu olduğunu bilmək qürur vericidir” .

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm