Çempion üçün 1700 azarkeş …
Bizi izləyin

İdman

Çempion üçün 1700 azarkeş …

Azərbaycan Premyer Liqasının 35-ci turu üçün azarkeş sayı məlum olub.

Publika.az xəbər verir ki, turun ən çox tamaşaçı toplayan oyunu "İnter Arena"da keçirilən "İnter" - "Qarabağ" matçı (2:1) olub. Çempionla gümüş mükafatçının oyununu 1700 azarkeş izləyib.

Turun anti-rekordu isə AZAL - "Simurq" oyununda (5:0) qeydə alınıb. "AZAL Arena"dakı matçı cəmi 200 tamaşaçı izləyib.

Digər oyunlardan "Sumqayıt" - "Xəzər Lənkəran" matçını (2:0) 1000, "Bakı" - "Neftçi" oyununu (0:0) isə 800 azarkeş izləyib.

Ümumilikdə turun 4 oyununu 3700 tamaşaçı izləyib ki, bu da hər oyuna orta hesabla 925 azarkeş deməkdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm