İdman
Antalyada ilk gün - 2 qızıl və 1 bürünc - FOTO
Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir start götürüb.
Publika.az xəbər verir ki, turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Gənc qızların yarışında Almaz İsmayılova (55 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Nofəl Babayev (50 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ruhin Mikayılov (66 kq) 5-ci yerlə kifayətlənib.
Sərbəst güləşçilərin yarışında mübarizə aparan Teymur Məmmədov (66 kq) da bütün rəqiblərindən üstün olub. Finalda güləşçimiz rusiyalı rəqibinə qalib gəlməklə turnirin qızıl medalını qazanıb. Eyni çəkidə digər təmsilçimiz Vurğun Əliyev isə yekunda 5-ci sırada yer alıb.
3 gün davam edən turnir mayın 24-də başa çatacaq.
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...