Onlar da Avropa Oyunlarına hazırlaşır
Bizi izləyin

İdman

Onlar da Avropa Oyunlarına hazırlaşır

"Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə yığma komandanın təlim-məşq toplanışına start verilib.

Publika.az xəbər verir ki, tam heyətlə təlim-məşq toplanışında iştirak edən komandaya baş məşqçilər Leşek Kuxarski və Aleksandr Zudov rəhbərlik edirlər. Məşqdə idmançılarımızla sparrinq - tərəfdaş kimi çıxış etmək üçün 2 nəfər polşalı tennisçi oğlan da komandaya cəlb olunub.

Qeyd edək ki, bu təlim-məşq toplanışı I Avropa Oyunları ərəfəsində milli yığma komandanın sonuncu hazırlığı olacaq. Təlim-məşq toplanışına iyunun 7-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm