• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Boksçularımız erməniləri rinqdən atdılar

  • İdman
  • 23 May 2015 20:17
  • 436 Baxış
Boksçularımız erməniləri rinqdən atdılar

Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçılar müəyyənləşib.

Publika.az-ın məlumatına görə, həlledici görüşə vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 4 üzvü də var.

Daha 2 boksçu isə yarımfinalda uduzaraq, bürünc medala sahib olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyanı yenib - 3:0. O, finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq.

80 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də finaldadır. O, yarımfinalda Gürcüstanın erməni əsilli təmsilçisi Artyom Yordanyanı məğlub edib - 3:0. Abdullayev finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gələcək.

Cavid Hüseynov (48 kq) da yarımfinalda qalib gəlib. Hüseynov irlandiyalı Lorkan Harleksi üstələyib - 2:1. O, qızıl medal uğrunda görüşdə ukraynalı Artyom Demyanenko ilə görüşəcək.

Niyaməddin Allahverdiyev (52 kq) isə yarımfinalda şotlandiyalı Deklin Daffı məğlub edib - 3:0. Onun finaldakı rəqibi ingiltərəli Çarli Frankam olacaq.

Orxan Həsənov (54 kq) və Səid Məlikov (70 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR