Ronaldinyo əvəzləndi, stadiondan ayrıldı
Bizi izləyin

İdman

Ronaldinyo əvəzləndi, stadiondan ayrıldı

Meksika liqasında keçirilən "Paçuka" - "Keretaro" matçında qonaqların futbolçusu Ronaldinyo diqqət mərkəzinə düşüb.

0:2 hesabı ilə geridə olan "Keretaro"nun baş məşqçisi taktiki dəyişiklik üçün ilk hissənin sonlarında Ronaldinyonu əvəzləyib.

Baş məşqçinin bu qərarından narazı qalan braziliyalı futbolçu ehtiyat oyunçular skamyasında əyləşmək əvəzinə şəxsi avtomobili ilə stadionu tərk edib. Bu hərəkətinə görə 35 yaşlı futbolçunun cəza alacağı gözlənilir.

Qeyd edək ki, "Paçuka" - "Keretaro" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm