UEFA "Dnepr"i cəzalandırdı
Bizi izləyin

İdman

UEFA "Dnepr"i cəzalandırdı

UEFA İntizam Komitəsi Ukraynanın "Dnepr" klubunu cəzalandırıb.

Bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti İqor Koçetov məlumat verib.

Federasiya rəsmisi Avropa Liqasının yarımfinal mərhələsinin "Napoli" ilə cavab matçında yerli azarkeşlərin qaydalara zidd davranışları səbəbindən komandanın biri şərti olmaqla iki oyunluq cəzalandırıldığını açıqlayıb: "UEFA "Dnepr"i iki oyunluq cəzalandırıb. Lakin cəzanın biri şərti olduğu üçün növbəti mövsüm avrokuboklarda 1 ev matçımızı boş tribunalar qarşısında keçirəcəyik. Üstəlik komandaya 70 min avro cərimə kəsilib. Qarşıdakı müddətdə analoji hadisələr təkrarlanarsa, klub daha ciddi cəzalar alacağıq".


Qeyd edək ki, Kiyevdə keçiriləcən oyunda "Napoli"ni 1:0 hesabı ilə məğlub edən "Dnepr" finala vəsiqə qazanıb. Dneprpetrovsk təmsilçisi həlledici görüşdə İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq.

qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm